Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Şimalımızda müharibə gedir, Cənubumuzda müharibə gedir və ən dəhşətlisi bu savaşlar ikili mahiyyətə aid deyil, regional və qlobal savaşlar, qlobal nizam savaşlarına aiddir. Gündoğarımızda can suyu Xəzər – Qərbimizdə hələ yenicə sülh qurmağa hazırlaşdığımız Ermənistan, digər tərəfdə Gürcüstan. Hər biri bizsiz, özü -özlüyündə müharibə ocağına səbəb olacaq potensiala malikdir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, barıt anbarları ilə əhatə edilmişkən, Prezident İlham Əliyevin diplomatik gücü ön plana çıxır:
“Bu hadisəyə siyasi və sosio-psixoloji nəzəriyyə “İki kişilik” imkanlar kompleksi kimi ad qoyur. İlham Əliyevin siyasi gücünün, imkanlarının, bacarığının və qiymətləndirməsinin arxasında möhtəşəm bir məktəb ənənəsi - Heydər Əliyev məktəbinin təchizatı dayanır, irsi və praktiki ötürülmüş imkanlar. Əminik ki, bu gün heç bir dünya lideri nə regionu, nə də İranı Prezident İlham Əliyev qədər dərindən tanıyır. Bu tanıma metodlara və hansısa kəşfiyyat məlumatlarına, statistik qiymətləndirmələrə söykənmir. Son min ilin tarixi virajına, yaşantılara, həyatın özünə və irsə söykənir”.
Politoloq deyib ki, Azərbaycana rəhbərlik etmək üçün Azərbaycandan böyük olmağı tələb edir:
“Burda müqayisə qətiyyən, emosional və hissə aid deyil, Azərbaycana rəhbərlik edən şəxs Gülüstana, Türkmənçaya, Kürəkçaya, son min il Orta Şərq coğrafiyasını idarə edən Səlcuqlara, Səfəvilərə, Qacarlara, Əfşarlara sahib çıxmağa, Nizamiyə, Füzuliyə ev olmağa qabil və məcburdur. Ona görə indiki İran dedikdə, Azərbaycanın mövqeyi dünya tərəfindən geniş tədqiqat mövzusu olmalıdır. Ceyms Oldriçin “Diplomat”larını əvəz edin smart siyasətçilərin tarixdən xəbərsiz olması İranı, Şərqi anlamağa imkan vermir. Azərbaycan növbəti dəfə tarixi mərhələdən keçir. Yeni geosiyasi reallıqlar mütləq ki, formalaşacaq. Artıq tarixi öz məhvərindən tərpədiblər. Şərqə endirilən bombalardan əlbəttə nə gül bitər, nə də sülh. Amma Azərbaycan Şəhriyar demişkən, Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram”. Azərbaycan müasir dünyanın yeganə sülh dəyəridir, yeganə sülh nəsnəsidir.Və bu, bizim ən güclü silahımızdır”.
Vasif ƏLİHÜSEYN
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.