AZ

Ötən il sosial sahəyə bu qədər vəsait xərclənib

“2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin 39,5 %-i, yəni təxminən 15,3 milyard manat sosial sahəyə yönəldilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 601,5 milyon manat və ya 4,1 % artım deməkdir. O əlavə edib ki, son yeddi ildə həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində 4 milyona yaxın insanı əhatə edən proqramlar üçün təxminən 8 milyard manat sərf olunub.

Təkcə keçən il bu istiqamətə 1,4 milyard manat büdcə vəsaiti xərclənib. Maaşlar, pensiyalar və digər sosial ödənişlər davamlı şəkildə artırılır, pensiyalar isə indeksləşdirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr