AZ

Türkiyəli nazir: Enerji ehtiyacı hər bir ölkə üçün zərurət halına gəlib

BAKI, 13 mart. TELEQRAF

"Enerji ehtiyacı artıq hər bir ölkə üçün həqiqətən “olmazsa olmaz” vəziyyətinə gəlib".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyəni ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin edilmiş prezidenti Murat Kurum XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Türkiyə COP31 prosesi çərçivəsində yaxın əməkdaşlığı ortaya qoyacaq:

“Bu yaxın əməkdaşlığın əsas çərçivəsi olaraq hər bir ölkənin öz-özünə yetən, enerji ehtiyacını daxildə qarşılaya bilən bir mövqedə olmasını önəmli hesab edirik.

Bugünkü mühit də bunu bizə açıq-aydın göstərir. Ətrafımız demək olar ki, alov içindədir. Ümumi anlayışımız belədir: dünya yalnız iqlim böhranı ilə deyil, eyni zamanda qlobal əməkdaşlıq qabiliyyətinin də sınandığı bir dövrdədir və bunu birlikdə müşahidə edirik.

Təbii ki, belə bir dövrdə çoxtərəfli həllər artıq seçim deyil, “olmazsa olmaz”dır. Yəni, seçim deyil, bir zərurət halına gəlib.

COP31-i biz belə görmək istəyirik: müzakirədən artıq tətbiqə keçilən, tətbiqdə qərarların alındığı, sahədə onların izlənildiyi bir COP prosesi olsun. Biz bunu gələcək COP olaraq, COP31 kimi qiymətləndiririk”.

Seçilən
25
teleqraf.com

1Mənbələr