AZ

Türkiyədə 5,3 bal gücündə zəlzələ baş verib

Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

Mütəxəssislərin fikrincə, zəlzələnin episentri 6 km dərinlikdə yerləşib. Episentr təxminən 129.000 əhalisi olan Tokat şəhərindən 46 km şimalda yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Seçilən
49
1
aznews.az

2Mənbələr