AZ

Ötən il inflyasiya nə qədər olub?

“2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

"Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür.

2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub", - deyə Baş nazir qeyd edib.

Günay Şahmar, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr