AZ

İkardi rəsmən boşandığını açıqladı

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi uzun aradan sonra şəxsi həyatı ilə bağlı səssizliyini pozub. 

Axşam.az xəbər verir ki, futbolçu həyat yoldaşı Vanda Nara ilə rəsmi boşanma prosesinə başladığını bildirib.

İkardi qeyd edib ki, İtaliya qanunlarına görə tələb olunan 1 illik məcburi ayrılıq müddəti artıq başa çatıb və bununla da boşanma prosedurunun son mərhələsinə keçilib.

"Boşanmağı mən istədim. Qanunlara uyğun davrandım və bu gün boşanma baş verdi. Bu, qələbə öpüşüdür. Çünki bir il əvvəl ədalətdən istədiyim yeganə şey boşanma idi. Və nəticə budur" deyə, o, paylaşımında yazıb.

O, Vanda Nara ilə 2014-cü ildə evlənib. Cütlüyün 10 illik evliliyindən iki övladı var. İkardi bu il ərzində sevgilisi Çin Suarezə evlilik təklifi də edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
axsam.az

1Mənbələr