ABŞ-nin Miçiqan ştatında bir sinaqoqa avtomobili ilə daxil olaraq silahlı hücum təşkil edən şübhəli öldürülüb.
"Cebheinfo.az" xəbər verir ki, Miçiqan ştatının Vest Blumfild şəhərində yerləşən "Temple Israel" sinaqoquna təşkil edilən silahlı hücumla bağlı yeni təfərrüatlar məlum olub.
Miçiqan ştatı Oklend dairəsinin şerifi Maykl Buşard sinaqoqa silahlı hücum edən şübhəlinin öldürüldüyünü açıqlayıb. Buşard hücumçunun sinaqoqa avtomobili ilə daxil olduqdan sonra dəhlizdə irəlilədiyini ifadə edərək:
"Burada ona mühafizə tərəfindən müdaxilə edildi. Hazırda onu tam olaraq nəyin öldürdüyünü deyə bilmərik, lakin mühafizə əməkdaşları şübhəliyə silahla cavab veriblər", - deyə bildirib.
Şerif hücumçunun avtomobildə tək olduğunun müəyyən edildiyini və polis itlərinin nəqliyyat vasitəsində partlayıcı maddə olub-olmadığını yoxladıqlarını qeyd edəb ki, məhz avtomobildə yanğının baş verməsi vəziyyəti bir qədər mürəkkəbləşdirib.
Buşard mühafizəçilərdən birinin sinaqoqa soxulan avtomobil səbəbindən yaralandığını və xəstəxanada müalicə aldığını söyləyib.
O, hücum zamanı başqa bir qurbanın və ya yaralının olmadığını açıqlayıb.