Bakı. Trend:
2025-ci ildə televiziya və radio proqramların yayımı üçün 11ədəd Radio-Televiziya Yayım Stansiyasının (Şuşa, Kəlbəcər, Mincivan(Zəngilan), Xanlıq (Qubadlı), Şahyeri (Hadrut), Laçın vəBalasoltanlı (Qubadlı), Həsənriz 1, Həsənriz 2, Talış və KiçikQarabey (Ağdərə)) fəaliyyəti bərpa edilib.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, tələbata uyğun ərazidə yeni RYTS-lərinquraşdırılması istiqamətində işlər aparılır.
Bu stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın,Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam,Ağdərə və digər ətraf ərazilərdə radio-televiziya yayımları təminedilir.
Şuşa, Laçın, Zəngilan və Ağdam şəhərlərində proqram təminatıəsaslı məsafədən idarə edilən radiomonitorinq stansiyalarıquraşdırılmaqla həmin ərazilərdə real vaxt rejimində efirəradionəzarət təmin edilib. Daha 6 məntəqədə stansiyaların qurulmasıilə bağlı işlər davam etdirilir.