AZ

Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər olub. 

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Sənəddə qeyd edilib ki, iqtisadiyyatın dövlət sektorunda işçilərin sayı 868,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil edib. 

Hesabat dövründə özünüməşğulluq proqramına 16,8 min nəfər cəlb olunub. Onlardan 8,8 min nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə istehsal-xidmət sahəsini əhatə edir. Həmin şəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü, 1,3 min nəfəri əlilliyi olan şəxs, 976 nəfəri keçmiş məcburi köçkün, 6,5 min nəfəri qadın, 2,5 min nəfəri 29 yaşadək gənc, 262 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 131 nəfəri ünvanlı dövlət sosial yardımı alan şəxslərdir.

Seçilən
15
4
ikisahil.az

6Mənbələr