AZ

Ötən il keçmiş məcburi köçkünlərə 287 milyon manatadək müavinət ödənilib

Bakı. Trend:

Hesabat ilinin sonuna vahid aylıq müavinət alan keçmiş məcburiköçkünlərin sayı 387,3 min nəfər təşkil edib ki,bunlardan da 44,8 min nəfər 33manat, 342,5 min nəfər isə 60manat alanlar olub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərəümumilikdə 286 711,2 min manat (o cümlədən859,9 min manat bank xərcləri) məbləğində vəsaitxərclənilib.

İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraqaparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı21,1 min nəfər azalıb.

Seçilən
0
az.trend.az

1Mənbələr