AZ

2025-ci ildə 76,1 min aztəminatlı ailəyə orta hesabla 422,4 manat ÜDSY verilib

Bakı. Trend:

2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin336 min ailə üzvünə Ünvanlı Dövlət SosialYardımının (ÜDSY) ödənişi təmin olunub, bir ailəyə düşən sosialyardımın orta aylıq məbləği isə 422,4 manat təşkiledib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə 471,1 min nəfərə vəya ölkə əhalisinin 4,6 %-nə aylıq, 58min nəfərə və ya ölkə əhalisinin 0,6 %-nəbirdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə vəya ölkə əhalisinin 5,2 %-nə sosial müavinət,406,6 min nəfərə və ya ölkə əhalisinin 4,0%-nə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdüödənilib.

Hesabat dövründə əhaliyə sosial xidmətlərin proaktiv qaydadagöstərilməsi tədbirləri davam etdirilmiş, 2025-ci ildə ümumilikdə157,8 min nəfərə elektron qaydada sosial müavinətvə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

Seçilən
10
az.trend.az

1Mənbələr