AZ

Ötən il Azərbaycanda bu xəstəliklər azalıb

Bakı. Trend:

2025-ci ildə respublika əhalisi arasında 2024-cü illə nisbətənkəskin bağırsaq infeksiyalarının yayılma səviyyəsi 6,4% (8,7 minhadisəyə qarşı 8,1 min hadisə), o cümlədən törədicisi müəyyənolunmuş enteritlərin yayılma səviyyəsi 1,9 dəfə (2,7 min hadisəyəqarşı 1,5 min hadisə) azalıb.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, viruslu hepatitlərlə ümumi xəstələnmə göstəricisidə əvvəlki illə müqayisədə 4,9 dəfə (630 hadisəyə qarşı 128hadisə), o cümlədən Hepatit A ilə xəstələnmə 32 dəfə (444 hadisəyəqarşı 14 hadisə), Hepatit C ilə xəstələnmə 2,8 dəfə (138 hadisəyəqarşı 50 hadisə) azalıb ki, bu da həkimə müraciətlərin sayınınazalması, erkən diaqnostika və ya aşkar edilmiş xəstələr barədəməlumatların ötürülməsindən irəli gəlir.

Respublika üzrə 2025-ci il ərzində 19 qarayara hadisəsi qeydəalınıb və bu da 2024-cü illə müqayisədə 3 hadisə azdır.

Seçilən
19
50
az.trend.az

10Mənbələr