AZ

Ötən il deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilənlərin sayı açıqlanıb

Bakı.Trend:

Ötən il Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından MühafizəXidmətinin xilasediciləri tərəfindən 169 dəfə nəqliyyat və digərqəzalara çıxışlar olub, 394 nəfər deformasiyaya uğramış nəqliyyatvasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinəçatdırılıb, həlak olmuş 70 nəfərin cəsədi avtomobillərdənçıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, 25 partlayış hadisəsi ilə əlaqədardağıntılar altından 2 nəfərin cəsədi və dağıntılar altında qalaraqxəsarət almış 43 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvilverilib.

Yanğınsöndürənlər tərəfindən güclü yağışlar zamanı sel basmış evvə ərazilərdən 89 nəfər xilas edilib, evlərin zirzəmilərindən vəhəyətlərindən, magistral yollarda su dolmuş tunel və yeraltıkeçidlərdən suyun çəkilməsi üçün təxirəsalınmaz tədbirlərgörülüb.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr