AZ

2025-ci ildə Azərbaycanda neçə mülki şəxs mina qurbanı olub?

Bakı.Trend:

2025-ci ildə 102, 112, 805 xidməti zəng mərkəzlərinə daxil olmuşməlumatlar əsasında Agentlik tərəfindən işğaldan azad edilmişərazilərlə yanaşı ölkənin digər rayon və şəhərlərində (Ağstafa,Ağcabədi, Bakı, Bərdə, Beyləqan, Gəncə, Goranboy, Göygöl, Lənkəran,Naftalan, Qazax, Sumqayıt, Şəmkir, Tovuz, Xızı, Yevlax, Hacıqabul,Neftçala, Siyəzən) 14401 ədəd mina və digər partlayıcı sursat aşkarolunaraq zərərsizləşdirilib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, havadan tədqiq olunaraqqiymətləndirilmiş və ya faktiki əkin işləri aparılmış ərazilərdəqeyri-texniki və texniki tədqiqatlar aparılmaqla, qısaltma vələğvetmə metodlarından istifadə edilməklə Agentlik tərəfindən2025-ci ildə 9178,6 hektar ərazi təhlükədən azad edilib.

2025-ci il ərzində mülki şəxslər arasında 24 nəfər (1 nəfərhəlak olmuş, 23 nəfər müxtəlif dərəcəli xəsarət almış), hərbiqulluqçular arasında 9 nəfər (9 nəfər müxtəlif dərəcəli xəsarətalmış) mina qurbanı qeydə alınıb.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr