Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14ədəd 110 kV-luq, 1 ədəd 330 kV-luq yarımstansiya inşa edilib.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, 1067.7 km uzunluqda 35 kV-luq,774 km uzunluqda110 kV-luq, 262 km uzunluqda 330 kV-luq, 74.3 km uzunluqda 0.4kV-luq elektrik enerjisi xətləri çəkilib.
2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq"Xankəndi-1" YS-nin və Laçın rayonunda Laçın Elektrik ŞəbəkəsiRəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.