AZ

SON DƏQİQƏ: Tramp Rusiya ilə bağlı elə bir qərar verdi ki…

ABŞ Prezidenti Donald Tramp dünya üzrə Rusiyadan neft alışına tətbiq olunmuş sanksiyaları müvəqqəti olaraq dayandırıb. Qərar 11 Aprelə qədər qüvvədə olacaq və dənizdə artıq olan neft həcmlərinə şamil olunur.

KONKRER.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Skott Bessentin məlumatına görə, bu müvəqqəti icazə ölkələrə artıq yolda olan rus neftini almağa imkan verəcək və İranda baş verən münaqişə fonunda bazarların stabilləşməsinə xidmət edəcək.

Nazir bildirib ki, bu tədbir qısamüddətli və spesifik xarakter daşıyır və Rusiya üçün əhəmiyyətli maliyyə gəliri təmin etməyəcək.

Bunun səbəbi Rusiyanın əsas gəlirlərinin enerji resurslarının hasilatından toplanan vergilərdən gəlməsidir. Bessent həmçinin vurğulayıb ki, Trampın enerji siyasəti ABŞ-da rekord səviyyədə neft və qaz hasilatına səbəb olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
30
1
konkret.az

2Mənbələr