AZ

ADAU da Ramazan həmrəyliyi: tələbələr üçün iftar süfrəsi açıldı

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə, 13 mart, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müqəddəs Ramazan ayı münasibətilə tələbələr üçün iftar süfrəsi təşkil olunub. Universitet rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Gəncə Dövlət Aqrar Kollecindən də çoxsaylı tələbələr iştirak edərək, birlik və həmrəylik mühitində iftar açıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar süfrəsində iştirak edən universitetin rektoru Zəfər Qurbanov Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəyliyin və paylaşma ənənələrinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Ramazan ayı insanların bir-birinə daha çox dəstək göstərdiyi, xeyirxahlıq və mərhəmət kimi ali dəyərlərin təbliğ olunduğu mübarək aylardan biridir. Universitetdə təşkil olunan belə tədbirlər tələbələr arasında birlik və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

İftar süfrəsində iştirakçılar birlikdə dua edərək Ramazan ayının bərəkət və mərhəmətindən danışıb, ölkəmiz və xalqımız üçün xoş arzular səsləndiriblər.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr