AZ

Böyük şərəfdir: indi mən onları öldürürəm

ABŞ prezidenti Donald Tramp İranı hədəfə alan açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.

"Biz İranın terrorçu rejimini hərbi, iqtisadi və digər hər cür şəkildə tamamilə məhv edirik. Amma uğursuz “New York Times” qəzetini oxusanız, səhvən qalib gəlmədiyimizi düşünə bilərsiniz. İran Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, raketlər, dronlar və hər şey məhv edilir və onların lideri yer üzündən silinib. Bizim misilsiz atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu gün bu dəli alçaqların başına nə gəldiyini izləyin. 47 ildir ki, onlar bütün dünyada günahsız insanları öldürürlər və indi mən, ABŞ-ın 47-ci prezidenti olaraq onları öldürürəm. Bunu etmək necə böyük şərəfdir”, - deyə o qeyd edib.

Seçilən
32
publika.az

1Mənbələr