AZ

“Çin qeyri-sabit dünyada sabitlik təmin etməyə davam edir” - Lu Mey

“Bu il keçirilən "iki sessiya" zamanı "15-ci beşillik proqram" beynəlxalq media üçün əsas mövzulardan biri oldu. Bu gün ‘Çin modeli’ beynəlxalq ictimaiyyət tərəfindən müasir dünyada dövlət idarəçiliyinin ən səmərəli modellərindən biri kimi qiymətləndirilir”.

SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin–Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Baş nazir Li Tsyan hökumətin fəaliyyəti haqqında hesabatında 2026-cı il üçün əsas inkişaf hədəflərini açıqlayıb. Bu hədəflər arasında iqtisadi artımın 4,5–5 faiz səviyyəsində təmin edilməsi, şəhər və qəsəbələrdə məşğulluğun 12 milyondan çox artırılması və istehlak qiymətləri indeksinin təxminən 2 faiz səviyyəsində saxlanılması yer alır.

Lu Mey əlavə edib ki, Çin artıq 150-dən çox ölkə və regionun əsas ticarət tərəfdaşıdır və 17 ildir ki, dünyanın ikinci ən böyük idxal bazarı olaraq qalır.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
41
sia.az

1Mənbələr