ain.az, Bizimyol portalına istinadən məlumat verir.
ABŞ Avropa hökumətlərini bir-birindən ayırmağa çalışır, çünki ayrı-ayrılıqda onlar daha zəif təsir gücünə malik olurlar.
Bizimyol.info xəbər verir ki, bu fikri Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas səsləndirib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi Avropada parçalanmaya yönəlib. “Vacibdir ki, bütün ölkələr ABŞ-ın çox aydın şəkildə göstərdiyi bir məqamı anlasın: onlar Avropanı bölmək istəyirlər. Avropa İttifaqı onların xoşuna gəlmir”, – deyə o, Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Kallas əlavə edib ki, Vaşinqton bu məqsədlə “Avropa İttifaqının rəqiblərinin istifadə etdiyi taktikalardan” yararlanır.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.