AZ

“Məişət Malları” şirkətinin gəlirləri 2 dəfədən çox azalıb - HESABAT

 "Məişət Malları" ASC 2025-ci ilin 31 dekabr tarixinə bitən il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat şirkətin satış gəlirlərinin və inzibati xərclərinin kəskin şəkildə azaldığını, bunun fonunda isə xalis mənfəətdə geriləmə olduğunu göstərir.

Gəlirlər və Xərclər

Hesabat dövründə şirkətin əsas əməliyyat gəliri (və eyni zamanda ümumi mənfəəti) 2025-ci ildə 1 milyon 29 min manat təşkil edib. İl ərzində 1 milyon 148,6 min manat və ya təxminən 2,1 dəfə azalma qeydə alınıb.

Gəlirlərin kəskin düşməsi ilə paralel olaraq şirkət xərclərində də kəskin azalma baş verib.

İnzibati xərclər 847,1 min manata bərabər olub. Bu, il ərzində 1 milyon 71,2 min manat və ya təxminən 2,3 dəfə azalmadır.

Mənfəət göstəriciləri

Xərclərin kəskin azalmasına baxmayaraq, gəlirlərdəki itki ümumi nəticəyə öz mənfi təsirini göstərib.

Əməliyyat mənfəəti (və vergiqoymadan əvvəl mənfəət) 181,8 min manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə (77,5 min manat (29,9%) azalma deməkdir.

Mənfəət vergisi xərci 36,4 min manat təşkil edərək, əvvəlki illə müqayisədə  15,5 min manat (29,9%) azalıb.

Yekun nəticədə, "Məişət Malları" ASC-nin hesabat dövründə xalis mənfəəti 145,5 min manat təşkil edib. Bu da, 2024-cü ilin göstəricisi  ilə müqayisədə 61,9 min manat (29,8%) azalma deməkdir.

Aktivlər

Şirkətin cəmi aktivləri 2025-ci ilin sonu üzrə 5 milyon 117,6 min manat təşkil edib. Bu, 2024-cü ilin sonu (4 milyon 872 min manat) ilə müqayisədə 245,6 min manat (5%) artım deməkdir.

Cəmi uzunmüddətli aktivlər 1 milyon 751,9 min manata enərək, 33 min manat (1,8%) azalıb.

Qeyri-maddi aktivlər  5,7 min manat (10%) azalaraq 51,3 min manata, torpaq, tikili və avadanlıqlar  27,2 min manat (4,5%) azalaraq 574,1 min manata düşüb.

Sair uzunmüddətli aktivlər 1 milyon 126,6 min manat səviyyəsində dəyişməz qalıb.

Cəmi qısamüddətli aktivlər isə  (3 milyon 87,1 min manat) 278,6 min manat (9%) artaraq  3 milyon 365,7 min manata yüksəlib

Ehtiyatlar 25,3 min manata bərabər olub. İllik müqayisədə 1,9 min manat (7%) azalma baş verib

Qısamüddətli debitor borcları 295,8 min manat (9,7%) artımla 3 milyon 332,1 min manata düşüb.

Pul vəsaitləri və onların ekvivalentləri 8,3 min manata bərabərdir. Bu, illik müqayisə ilə  10,8 min manat və ya təxminən 2,3 dəfə azalma deməkdir.

Sair qısamüddətli aktivlər 2024-cü ildə 4,5 min manat olduğu halda, 2025-ci ildə olmayıb.

Cəmi öhdəliklər yalnız qısamüddətli ibarət olub və 4 milyon 244,4 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə (314,2 min manat (8%) artım deməkdir.

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 100,7 min manata bərqabər olub, 28,1 min manat (21,8%) azalıb.

Qısamüddətli kreditor borcları  343 min manat (9,5%) artaraq 3 milyon 939,8 min manata yüksəlib.

Sair qısamüddətli öhdəliklər 204 min manat təşkil edib. İllik müqayisədə 0,6 min manat (0,3%) azalma baş verib.

Cəmi Kapital 2025-ci ilin sonu üzrə 873,2 min manat təşkil edib. Bu, 2024-cü ilin göstəricisində (941,8 min manat) 68,6 min manat (7,3%) azalmadır.

Nizamnamə kapitalı 2 milyon 665,8 min manat səviyyəsində qalıb. Kapitaldakı azalma əsasən mənfi kapital ehtiyatlarının 1 milyon 937,8 min manata çatması (zərərin böyüməsi) və bölüşdürülməmiş mənfəətin 145,2 min manata düşməsi (30% azalma) səbəbindən baş verib.

image

“Məişət“Məişət
Seçilən
3
1
fed.az

2Mənbələr