AZ

Buraxılış imtahanının keçiriləcəyi tarix açıqlandı 

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 15-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək...

Poliqon xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilir ki, 15 mart saat 15:30-da DİM-in "Youtube" kanalı (https://www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı (https://www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.

Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.

Poliqon.info

Seçilən
47
11
poliqon.info

10Mənbələr