ain.az bildirir, Oxu.az portalına istinadən.
"Avropa İttifaqı ilə Çin arasında ticarət balansı pozulub və bu, olduqca təhlükəlidir".
Oxu.Az xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Romano Prodi XIII Qlobal Bakı Forumunda "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" mövzusunda baş tutan panel sessiyasında deyib.
O bildirib ki, dünya səviyyəsində iqtisadi münasibətlər dəyişir:
"Dünya səviyyəsində siyasətin dəyişməsi ölkələri Çinin layihələrinə maraq göstərməyə sövq edir. Baxın, ABŞ Çindən idxal olunan mallara qadağa qoyur. Amma Çinin istehsal potensialı böyükdür. Bu səbəbdən Avropaya satılan malların miqdarı artır. Əlimizdən gələni etməliyik ki, biz ABŞ ilə balanslı ticarət həyata keçirək. Elə şərait formalaşdırmalıyıq ki, ABŞ olmasa belə tarazlıq yaransın. Xüsusi qeyd edilməlidir ki, Aİ-Çin ticari münasibətlərində balans pozulub. Tarazlıq olmasa, Avropa ölkələrində böyük problemlər yaranacaq. Aİ Çindən idxalı həddindən artıq artırır, amma ixrac azdır. Müəyyən razılaşmalar əldə etmək mümkündür".
Məlik Məlikov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.