Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr də suverenlik və bərabərlik baxımından inkişaf etmiş ölkələrlə eyni hüquqlara malik olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo XIII Qlobal Bakı Forumunda "Çin və qlobal idarəetmə təşəbbüsü" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
Vu Honqbo bəzi ölkələrin gücə arxalanaraq öz mövqelərini üstün tutmasından narahat olduğunu ifadə edib:
"Birləşmiş Millətlər Təşkilatının (BMT) hər bir üzvü - böyük və ya kiçik olmasından asılı olmayaraq - suverenliyinə hörmət edilməsini tələb edə bilər. Bəzən tərəflər "güclü olan haqlıdır" prinsipi ilə hərəkət etdiklərini deyirlər. Lakin biz beynəlxalq ictimaiyyətə aydın mesaj vermək istəyirik ki, güclü olmaq haqlı olmaq demək deyil. BMT-nin heç bir üzv dövləti təzyiq və ya müdaxilə obyektinə çevrilməməlidir".
O qeyd edib ki, dünyada elə bir ölkə yoxdur ki, cəngəllik qanunlarına qayıtmaq istəsin:
"Bu yanaşma ilə biz bəzi ölkələrin istifadə etdiyi cəzasızlıq mühitinə son qoyulmasını təşviq edirik. Bəzi dövlətlər beynəlxalq hüququ pozaraq məsuliyyətdən yayınmağa çalışırlar. Lakin bu cür beynəlxalq cəzasızlıq mühiti aradan qaldırılmalıdır.
Multilateralizm haqqında danışarkən bəzən deyilir ki, BMT öz vəzifəsini tam yerinə yetirmir və zəifdir. Mən BMT-nin keçmiş baş katibinin müavini kimi deyə bilərəm ki, BMT sisteminin müxtəlif qurumlarının təkmilləşdirilməsinə və daha güclü dəstəyə ehtiyacı var. Lakin təsəvvür edin ki, əgər BMT və onun sistemi mövcud olmasaydı, bu gün dünyadakı vəziyyət indikindən daha pis olardı.
Çin çoxtərəfli əməkdaşlığın güclü tərəfdarıdır. Biz dünyanın iki böyük güc tərəfindən idarə olunmasını nəzərdə tutan "G2 dünyanı idarə etsin" kimi ideyaları dəstəkləmirik.
Eyni zamanda, bloklaşma və qruplaşmalar arasında qarşıdurma siyasətini dəstəkləmirik. Biz BMT sisteminin gücləndirilməsini dəstəkləyirik".
Aygün Mirakif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.