AZ

Kollegiyanın iclasından MARAQLI GÖRÜNTÜ - Qadın vəkillər... - VİDEO

Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası keçirilir.

Musavat.com xəbər verir ki, tədbir Hilton Baku mehmanxanasında təşkil olunub və Vəkillər Kollegiyanın qadın vəkillərdən ibarət xorunun ifasında Azərbaycanın Respublikasının himni, Vəkil marşı ilə öz işinə başlayıb.

Mərasimdə VK rəhbərliyi ilə yanaşı, Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və çoxsaylı vəkillər iştirak edir.

Hazırda tədbir davam edir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr