AZ

Tobias Elvud: Üçüncü Dünya müharibəsi ehtimalını inkar etmək olmaz

BAKI, 13 mart. TELEQRAF

Mən hesab edirəm ki, dünya çox daha təhlükəli vəziyyətdədir və hadisələrin inkişaf istiqaməti xeyli narahatedicidir. Hamının bildiyi, amma açıq demədiyi əsas məsələ isə budur ki, Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyində Parlament üzrə dövlət nazirinin sabiq müavini Tobias Elvud XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, bu İkinci Dünya müharibəsi kimi olmayacaq, amma münaqişələrlə dolu bir dünya mümkündür:

“Əgər biz bunun mümkünlüyünü qəbul etməsək, deməli reallığı inkar edirik.

Qərar qəbuletmə qabiliyyətimiz və beynəlxalq institutların memarlığı artıq tələb olunan qərarvermə sürətindən geri qalır. Dünya çoxqütblü sistemə keçdikcə hadisələr həddindən artıq sürətlə baş verir.

Enerji xərcləri, elektrik təminatını saxlamaq, iqtisadiyyatın işləməsi, su uğrunda mübarizə, süni intellekt və kvant texnologiyalarına nəzarət uğrunda yarış, kosmosun dominantlığı – bütün bunlar dövlətlərin bir-biri ilə rəqabət apardığı sahələrdir. Lakin bu sahələrdə aydın qaydalar və ya effektiv əməkdaşlıq mexanizmləri mövcud deyil.

Böyük dövlətlərin yeni və mürəkkəb dünyamızda hansı qaydaların tətbiq olunacağı barədə razılığa gələ bilməməsi əməkdaşlığın tədricən zəifləməsinə və qloballaşmanın özünün parçalanmasına gətirib çıxarır”.

Seçilən
37
teleqraf.com

1Mənbələr