
Rusiya Venesuelaya dost ölkə kimi baxmağa davam edir.
Missiya.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskva Karakasla münasibətlərini dostluq əsasında qiymətləndirməyi davam etdirir.
“Əlbəttə, əlbəttə”, – Peskov RIA Novosti agentliyinin sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, yanvarın əvvəlində Amerika Birləşmiş Ştatları Venesuelada “Mütləq Qətiyyət” adlı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində parlament, hava limanları və hərbi bazalara zərbələr endirildiyi, həmçinin prezident Nikolas Maduro və həyat yoldaşının saxlanılaraq ABŞ-yə aparıldığı bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi isə Vaşinqtonun bu addımlarını pisləyib.
Seyranə QuliyevaMissiya.Az