AZ

“Turan Tovuz”dan futbolçulara böyük jest mükafat ikiqat artırıldı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Turan Tovuz" klubu Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" üzərində qazanılan qələbədən sonra futbolçulara xüsusi jest edib. Sport24.az-ın Tovuz təmsilçisinə yaxın etibarlı mənbədən əldə etdiyi məlumata görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev bu dəfə qələbə mükafatının ikiqat artırıldığını açıqlayıb.Belə ki, əvvəlki matçlarda üç xala görə komandaya ümumilikdə 50 min manat mükafat verilirdisə, bu dəfə məbləğ 100 min manata çatdırılıb.Məlumata görə, Ehtiram Quliyev sonuncu dəfə ötən mövsüm "Qarabağ" üzərində qazanılan qələbədən sonra futbolçulara bu qədər yüksək mükafat ayırmışdı.Qeyd edək ki, "Turan Tovuz" Bakıdakı qarşılaşmada "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində 44 xala yüksələn bölgə təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və avrokuboklar uğrunda mübarizədə vacib addım atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
sport24.az

1Mənbələr