ABŞ İrana qarşı əməliyyatı planlaşdırarkən İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə qiymətləndirməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "CNN" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik komandası ABŞ və İsrailin zərbələrinə cavab olaraq İranın Hörmüz boğazını bağlaya biləcəyi ssenarisinin nəticələrini tam nəzərə almayıb.
Məlumata görə, əvvəlki administrasiyalarda qərar qəbul etmə prosesinin ayrılmaz hissəsi olan müxtəlif qurumların analiz və proqnozları Tramp tərəfindən yalnız ikinci dərəcəli amil kimi qiymətləndirilib.
Ağ Ev rəhbərinin qərar qəbul edərkən əsasən yaxın məsləhətçilərinin dar çevrəsinə güvənməsi səbəbindən İranın boğazı bağlaya biləcəyi halda yaranacaq mümkün iqtisadi nəticələrlə bağlı qurumlararası müzakirələr arxa plana keçirilib.
Aytəkin TOFİQQIZI