AZ

İranda son durum:Tehran, Kaşan, İsfahan, Qum və Əraka zərbələr endirildi - YENİLƏNİR

BAKI, 13 mart. TELEQRAF

Müharibənin 14-cü günündə İranın paytaxtı Tehran, Kaşan, İsfahan, Qum və Ərak şəhərlərinə zərbələr endirilib.

Tehranda təhlükəsizlik məntəqələri və “Bəsic” qüvvələrini hədəf alan dron hücumları barədə məlumatlar var. Paytaxt boyunca hava hücumundan müdafiə sistemi aktivləşdirilib, intensiv dron səsləri eşidilir.

Yanan neft anbarları havanın çirklənməsinə səbəb olduğu bildirilir. Tehran sakinlərinin xeyli hissəsi təxliyə edilib.

SEPAH da cavab zərbələri ilə bağlı açıqlama verərək, İsraili hədəf alan 44-cü hücum dalğasını bəyan edib.

Seçilən
33
teleqraf.com

1Mənbələr