Misli Premyer Liqasında (MPL) XXIV turun açılışı matçı Mərdəkanda baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək.

Artıq Yevlax təmsilçisi üçün Premyer Liqada qalmaq şansı get-gedə azalır.

Ona görə də bu gün qələbə qazanmaqdan başqa ehtimalları yoxdur.

MPL, XXIV tur

13 mart (cümə)

18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Elvin Bayramov, İnqilab Məmmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Mərdəkan. "Liv Bona Dea Arena".