XIII Qlobal Bakı Forumunun ikinci günü işinə başlayır.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, gün ərzində beş panel sessiyanın keçirilməsi nəzərdə tutulur.
Belə ki, forumda "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı" mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirak etdiyi beynəlxalq tədbir müxtəlif ölkələrin yüksəksəviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.
Forum martın 14-də öz işini yekunlaşdıracaq.
Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir.