Bakı, 13 mart, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.
Digər oyunda isə “Sumqayıt” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 14-15-də keçiriləcək.