AZ

“Netflix” Ben Afflekin süni intellekt startapını 600 milyon dollara alıb

ABŞ-nin striminq xidməti “Netflix Inc.” filmlərin istehsalı üçün süni intellekt texnologiyaları üzrə ixtisaslaşan “InterPositive” şirkətini satın alıb.

Sövdələşmənin məbləği açıqlanmayıb, lakin “Bloomberg” məlumatlı mənbələrə istinadən yazır ki, “Netflix” bu alış üçün 600 milyon dollara qədər vəsait ödəyəcək.

Mənbələrin sözlərinə görə, şirkətin ilkin qiymətləndirilməsi bu məbləğdən aşağı olub. Lakin müəyyən göstəricilər əldə edilərsə, “InterPositive” sahibləri əlavə ödənişlər ala bilərlər.

“InterPositive” 2022-ci ildə aktyor və rejissor Ben Afflek tərəfindən “RedBird Capital Partners” investisiya şirkətinin dəstəyi ilə yaradılıb. Şirkət artıq çəkilmiş materialın redaktə və montajını asanlaşdıran süni intellekt texnologiyaları hazırlayır. Bu texnologiyalardan, o cümlədən, rejissor Devid Finçer Brad Pittin iştirak etdiyi “Kliff Butun macəraları” filmi üzərində işləyərkən istifadə edib.

Ben Afflek iki dəfə “Oskar” mükafatı laureatıdır — 1998-ci ildə “Ən yaxşı ssenari”, 2013-cü ildə isə “Ən yaxşı film” nominasiyası üzrə.

Seçilən
50
banker.az

1Mənbələr