AZ

WhatsApp istifadə edənlərin NƏZƏRİNƏ

Ajans.az GSMArena portalına istinadən xəbər verir ki, bu yeni funksiya uşaqların tətbiqdən istifadəsini yalnız mesaj və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər övladlarının hesabına tam nəzarət edə, o cümlədən onlarla kimlərin əlaqə saxlaya biləcəyini və hansı qruplara daxil ola biləcəyini müəyyənləşdirə bilərlər. Bundan əlavə, tanınmayan kontaktlardan gələn mesaj sorğularına baxmaq və məxfilik parametrlərini tənzimləmək imkanı da yaradılıb. Təhlükəsizliyin təmin olunması üçün idarəetmə panelinə giriş altı rəqəmli valideyn PİN kodu ilə qorunur. Bu funksiya bütün dünyada mərhələli şəkildə istifadəyə verildiyi üçün istifadəçilər onu tədricən öz cihazlarında görəcəklər. Hesabı aktivləşdirmək üçün aşağıdakı addımları izləmək lazımdır: 1. Uşağın cihazına "WhatsApp" tətbiqini quraşdırmaq; 2. Qeydiyyat zamanı "Valideyn nəzarəti altında hesab yarat" bəndini seçmək; 3. Telefon nömrəsini və doğum tarixini təsdiqləmək;

4. QR-kod vasitəsilə uşağın hesabını valideynin hesabı ilə əlaqələndirmək və PİN kod təyin etmək.

Seçilən
45
1
Ajans.az

2Mənbələr