AZ

Pakistan ordusu Kabil və Qəndəharı bombardman etdi

BAKI, 13 mart. TELEQRAF

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabil və Qəndəhar əyalətinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “TOLO News” məlumat yayıb.

Nəşr bildirib ki, Qəndəhar, Paktiya və bu əyalətlərindəki hədəflərə hücum edilib. Qəndəhar hava limanı yaxınlığındakı “Kam Air” yanacaq anbarına da zərbələr endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bəyan edib ki, partlayışlar nəticəsində mülki şəxslər arasında itkilər olub.

Seçilən
26
teleqraf.com

1Mənbələr