“Araz-Naxçıvan” Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Karvan-Yevlax”la oyuna dörd itki ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, Mustafa Əhmədzadə sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Vanderson Melo, Ömər Buludov və Urfan Abbasov isə zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.
“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.
Turnir cədvəlində “Araz-Naxçıvan” 33 xalla beşinci, “Karvan-Yevlax” isə səkkizinci xalla 12-ci pillədə qərarlaşıb.