AZ

London Metal Birjasında alüminium ehtiyatı azalır

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

ABŞ ilə İsrailin İrana qarşı başladılan müharibə səbəbindən tədarük problemləri yarandığı üçün artıq London Metal Birjasında (LME) alüminium ehtiyatı çox sürətlə azalmağa başlayıb.

Reyting.az-ın məlumatına görə, birja nümayəndələri alüminium ehtiyatının azaldığını təsdiq etməklə, vurğulayıblar ki, 92 faiz Likvid ehtiyatları da Rusiya mənşəlidir. Mütəxəssislər bunu sanksiyalara məruz qalan Rusiya bazarı ilə əlaqələndirməklə, alüminium tədarükündə böyük problemlərin ortaya çıxa biləcəyini qeyd ediblər.

"Bloomberg" agentliyinin məlumatına görə, İsveçrənin "Mercuria" şirkəti Malayziyanın Port-Klanq limanında uzun illərdir fəaliyyət göstərən London Metal Birjası yerli ofisinin anbarlarına təxminən 100 min tona qədər alüminium sifariş edib. Nəşr xatırladıb ki, bundan əvvəl isə dünyanın ən böyük enerji, həmçinin xammal treyderləri şirkətlərindən biri olan İsveçrənin "Gunvor" Məhdud Məsuliyyətli Cəmiyyəti də həmin anbarlardan 45 min ton metal sifariş edib.

İranla davam edən müharibə fonunda Yaxın Şərqdəki bir çox zavodlarda yaranmış fasilələr səbəbindən getdikcə təklif azalır. Bunun nəticəsində isə alüminiumun qiymətləri son 4 il ərzində ən maksimum qiymətədək yüksəlib.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
reyting.az

1Mənbələr