AZ

Argentina millisi Madridə yollanmaqdan imtina etdi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Argentina millisi Finalissimanı Madriddəki stadionda keçirməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "TyC Sports" portalının əməkdaşı Qaston Edula məlumat yayıb.

Qətərin paytaxtı Dohada keçirilməli olan matçın məlum səbəbdən yeri dəyişdirilib. UEFA tərəflərə görüşün "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeuya" salınmasını təklif etsə də, Argentina Futbol Federasiyası bununla razılaşmır.

Qeyd edək ki, qarşılaşma martın 27-də keçiriləcək. Madrid variantı alınmayacağı təqdirdə Roma və ya Lissabon Finalissimaya ev sahibliyi edə bilər. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) indi bu qərar barədə UEFA-ya məlumat verməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr