BAKI, 13 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək.
Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüşə saat 18:30-da start veriləcək.
Günün digər oyunu isə “Sumqayıt” və “Şamaxı” arasında baş tutacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matçda ədaləti baş hakim Cavid Cəlilov qoruyacaq. Bu qarşılaşma isə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun digər görüşləri martın 14-15-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
13 mart
18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”
20:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.