AZ

MPL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qarşı, "Sumqayıt" "qara zolaq"dan çıxa biləcəkmi?

Misli Premyer Liqasında XXIV tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Karvan-Yevlax" ilə "Araz-Naxçıvan" üz-üzə gələcəklər. Mərdəkanda keçiriləcək və 18:30-da başlayacaq görüşü Kamranbəy Rəhimov idarə edəcək. Tərəflərin 20 gün əvvələ təsadüf edən və Yevlaxda baş tutan duelindən "Araz-Naxçıvan" 2:0 qslib ayrılıb. Bu, Andrey Demçenkonun son qələbəsidi. Üstəlik, naxçıvanlılar son turda "Qarabağ"dan "ölümcül" zərbə alıblar (0:6). 

"Sumqayıt" isə doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Saşa İliçin baş məşqçisi olduğu "kimyaçılar" ayyarımdır qələbəyə həsrətdir. Bu müdsətdə keçirdiyi 5 görüşdə 3 məğlubiyyət və 2 heçə-heçə alan "gənclik şəhəri" təmsilçisi uğursuz gedişata evdə son qoymağa çalışacaq. Ayxan Abbasov isə keçmiş klubu ilə dueldən qalib ayrılmaqla ilk "altılıq"dan uzaq düşməmək əzmindədir. 

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. 

Misli Premyer Liqası
XXIV tur
13 mart

18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mərdəkan. "Liv Bona Dea Arena".

20:30. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev, Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Seçilən
16
1
fanat.az

2Mənbələr