AZ

Türkiyədə zəlzələ oldu, bəzi məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Niksar rayonunda 5,5 bal gücündə zəlzələ baş verib. Ölkə.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanların 6,37 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Zəlzələ Tokatla yanaşı Samsun, Amasya, Çorum, Sinop və ətraf vilayətlərdə də hiss olunub.

İlkin məlumatlara görə, ciddi dağıntı və itki yoxdur. Bəzi binalarda suvaq çatları və xırda zədələr qeydə alınıb, panika səbəbindən bir neçə nəfər xəstəxanaya müraciət edib.

Hazırda bölgədə aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilir. Təhlükəsizlik məqsədilə Tokatın bəzi rayonlarında məktəblərdə tədrisə bir günlük fasilə verilib.

Seçilən
81
2
olke.az

6Mənbələr