ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Dubay şəhərində tərk edilmiş ev heyvanlarının sayı kəskin şəkildə artıb.
Bizimyol.info xəbər verir ki, xeyriyyə təşkilatlarının məlumatına görə, İranla müharibə fonunda bölgəni tələsik tərk edən əcnəbi sakinlərin (ekspatların) ardınca minlərlə pişik və it küçələrdə sahibsiz qalıb.
Heyvan sığınacaqları və könüllü təşkilatlar artıq ciddi yüklənmə ilə üzləşdiklərini bildirirlər. Xilasedicilər küçələrdə mikroçipli heyvanlar tapırlar ki, bu da onların əvvəllər sahiblərinin olduğunu göstərir.
Yerli xeyriyyə təşkilatının rəhbəri Hanna Meynds: “Bəziləri çiplənmişdi və açıq-aşkar sevilən heyvanlar idi. Amma ailələri sadəcə gedib. Bu, həm xilasedicilər üçün ürəkağrıdıcıdır, həm də heyvanlar üçün çox qorxuludur”, - deyə bildirib.
Könüllülərdən ibarət "Dubai Street Kitties" təşkilatı da sığınacaqlarda vəziyyətin kritik həddə çatdığını açıqlayıb: “Artıq imkanlarımız tükənib. Hər otaq doludur, hər yer tutulub. Amma zənglər dayanmaq bilmir – yaralı pişiklər, tərk edilmiş heyvanlar, təkbaşına sağ qalmağa çalışan balaca pişik balaları”, - deyə qeyd edib.
Vəziyyəti yüngülləşdirmək üçün Dubay Municipality şəhər boyu süni intellekt texnologiyası ilə işləyən 12 avtomatik yemləmə məntəqəsi quraşdırmağa başlayıb. Bu qurğular küçə heyvanlarının qidalanmasına kömək etmək məqsədi daşıyır.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.