AZ

QHT Agentliyi neçə QHT-ni qalib elan etdi?

Məlum olduğu kimi, 2026-cı il martın 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üç müsabiqə üzrə qalib QHT-lərin siyahısını açıqlayıb.

QHT.az xəbər verir ki, ümumilikdə bu üç müsabiqə çərçivəsində Agentlik 300 QHT layihəsinin dəstəklənməsi barədə qərar qəbul edib.

Müsabiqələr üzrə statistika aşağıdakı kimidir:

QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsi üzrə – 10 QHT

QHT Agentliyinin 2026-cı il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi üzrə – 277 QHT

QHT Agentliyinin BP Azərbaycan ilə əməkdaşlığı çərçivəsində keçirilən birgə qrant müsabiqəsi üzrə – 13 QHT

Seçilən
46
qht.az

1Mənbələr