AZ

ABŞ Rusiya neftinin satışına icazə verdi

İranda müharibənin başlanğıcından bəri qiymətlər kəskin şəkildə artdığı üçün ABŞ gəmilərdə saxlanılan Rusiya neftinin satışına müvəqqəti olaraq icazə verib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi Skot Besent bildirib. O qeyd edib ki, ABŞ-da yanacaq qiymətləri ilə bağlı narahatlıqlar artır :

"Nazirlik gəmilərə yüklənmiş Rusiya xam nefti və neft məhsullarının 11 aprelə qədər satışına icazə verən lisenziya verib. Bu qərar, Ukraynaya müdaxiləsi səbəbindən hədəfə alınan Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların müvəqqəti olaraq yumşaldılması deməkdir".

Maliyyə naziri yeni icazənin mövcud tədarükü qlobal miqyasda genişləndirmək məqsədi daşıdığını bildirib :

"Lakin bu, qısamüddətli tədbirdir".

Skot Besent əlavə edib ki, bu elan enerji gəlirlərinin böyük hissəsini neft hasilatı zamanı tutulan vergilərdən əldə edən Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası gətirməyəcək.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibə enerji və nəqliyyat sektorlarını alt-üst edib, dünya xam neftinin beşdə birinin keçdiyi Hörmüz boğazındakı bütün fəaliyyət faktiki olaraq iflic edilib.

Aydın Baxış

 

Seçilən
89
13
bakivaxti.az

10Mənbələr