AZ

“Bu məntiqə riayət etmək həqiqətən müstəqil dövlət olmağa imkan vermir"

“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: “Bu məntiqə riayət etmək həqiqətən müstəqil dövlət olmağa imkan vermir”.

Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Burada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar mövcuddur.

Seçilən
29
sportinfo.az

1Mənbələr