AZ

Günəş panelləri tək-tək zibilə atılır: Günün 24 saatı havadan enerji istehsalı

Sinqapur Milli Universitetinin tədqiqatçıları ətraf mühitdəki rütubəti və istiliyi udaraq 150 saatdan çox fasiləsiz enerji istehsal edə bilən, cəmi 0,3 mm qalınlığında yeni cihaz hazırlayıblar. Bu texnologiyanın gələcəkdə günəş panellərini əvəz edəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, yeni qurğu parça əsaslıdır və "hiqroskopik ion hidrogel" texnologiyası ilə işləyir. Cihazın əsas xüsusiyyətləri bunlardır:

Fasiləsiz enerji: Havada olan nəmi və istini hopduraraq 150 saatdan çox müddətdə dayanmadan 0,7 volt enerji təmin edir.

Ultra nazik dizayn: Cəmi 0,3 mm qalınlığındadır, bu da onun hər yerə asanlıqla inteqrasiya olunmasını təmin edir.

Tədqiqatçılar bu innovasiyanın gələcəkdə məişət elektrik xərclərini minimuma endirəcəyini proqnozlaşdırırlar.

Kanadanın Aurea Technologies startapı isə günəş panellərinə alternativ olaraq hər cür hava şəraitində işləyən Shine 2.0 portativ külək turbinini təqdim edib.

Günəş panellərindən fərqli olaraq, yağışlı havalarda və gecə saatlarında da enerji istehsalını dayandırmır.

50 Vt-a qədər enerji istehsalı gücü, daxili batareya sistemi və yüngül mehdə belə elektron cihazları enerji ilə təmin etmə qabiliyyəti.

Çantaya sığacaq qədər kiçik və yüngüldür.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
53
1
milli.az

2Mənbələr