AZ

Çin orbitə iki “Şiyan-30” eksperimental peyki buraxıb

BAKI, 13 mart. TELEQRAF

Çin kosmosa iki “Şiyan-30” eksperimental peykini göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Peyklər Sıçuan əyalətindən buraxılıb. Kosmik aparatları orbitə “Çanjen-2D” (“Long March-2D”) daşıyıcı raketi çıxarıb.

Məlumata görə, bu seriyaya aid peyklər elmi təcrübələrin aparılması, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu buraxılış “Çanjen” raketlər seriyası üçün ümumilikdə 632-ci start olub.

Seçilən
81
teleqraf.com

1Mənbələr