AZ

İtaliyada "Amazon" menecerlərinə qarşı prosesin başlanması tələb olunur

İtaliyada "Amazon" menecerlərinə qarşı prosesin başlanması tələb olunur

Milan prokurorluğu "Amazon"un dörd menecerinə qarşı şirkətin Avropa bölməsi tərəfindən vergilərin ödənilməməsi səbəbilə məhkəmə prosesinin başlanmasını tələb edib.

AFN.az ANSA agentliyinə istinadən xəbər verir ki, söhbət Aİ-nin fiskal və gömrük reqlamentindəki dəyişikliklərə əməl olunmamasından gedir ki, bu da 2019-cu ildən 2021-ci ilə qədər olan dövrdə 1,2 milyard avro məbləğində ƏDV-nin ödənilməməsinə şərait yaradıb.

Prokurorluğun sorğusundan əvvəl İtaliya Maliyyə Qvardiyası tərəfindən araşdırma aparılıb. Daha əvvəl şirkət İtaliya vergi xidməti ilə 527 milyon avro məbləğində ödəniş barədə barışıq sazişi əldə etmişdi. Şirkət nümayəndələri bu təqiblərin ədalətsiz olduğunu bəyan edərək əsassız ittihamlardan müdafiə olunmaq niyyətində olduqlarını bildiriblər. Prosesin başlanması barədə qərarı ilkin istintaq hakimi qəbul etməlidir. Digər iri xarici şirkətlər kimi, "Amazon" da İtaliyada müxtəlif fiskal pozuntular və bazardan sui-istifadə hallarını görə dəfələrlə çoxmilyonluq cərimələrə məruz qalıb.

Seçilən
109
afn.az

1Mənbələr