AZ

Çin iki "Şiyan-30" eksperimental peykini orbitə buraxıb

Çin iki Şiyan-30 eksperimental peykini orbitə buraxıb.

Ucnoqta.az xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, buraxılış yerli vaxtla səhər saat 6:33-də Siçuan əyalətinin cənub-qərbindəki Siçanq Peyk Buraxılış Mərkəzindən baş tutub. Peyklər "Long March-2D" buraxılış vasitəsi ilə kosmosa buraxılıb.

Bu seriyadakı peyklər elmi təcrübələr, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Bu buraxılış "Long March" seriyalı buraxılış vasitələrinin 632-ci buraxılışıdır.

Seçilən
57
ucnoqta.az

1Mənbələr